SON XƏBƏRLƏR

ABŞ və İsrail İrana bağlı qüvvələrə hücum edə biıər- Maleki

2025.12.06, 12:09
ABŞ və İsrail İrana bağlı qüvvələrə hücum edə biıər- Maleki

ABŞ və İsrailin İranın proksi qüvvələrinə, o cümlədən Livan, İraq və Yəməndə olan qüvvələrə hücum planının olması mümkündür və bu gündəmdə qalır.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fəda Hüseyn Maliki deyib.

İranın "Dideban" saytına müsahibə verən millət vəkili, "son vaxtlar ABŞ-nin müxtəlif kanallar vasitəsilə İrana müzakirə barədə mesajlar göndərdiyini" də iddia edib:

"Ancaq Tehranın ABŞ ilə danışıqlar aparmaq planı yoxdur". 

O, Vaşinqtonla dialoqla bağlı rəsmi siyasətin İran liderinin müəyyən etdiyi yol olduğunu və hazırkı şəraitdə dərin etimadsızlıq səbəbindən danışıqlardan söhbət gedə bilməyəcəyini söyləib.

Maleki həmçinin vurğulayıb ki, İran "sıfır zənginləşdirmə" məsələsi də daxil olmaqla, "Amerikanın heç bir ilkin şərtini" qəbul etmir və bu ilkin şərtləri Vaşinqtonun İrana "tələblərini diktə etmək" cəhdi kimi dəyərləndiri.

Onun sözlərinə görə, bu dövrdə ABŞ-dan mesajlar alınıb, ancaq Tehrandakı qərar qəbuletmə qurumları bu mesajları Vaşinqtonun diplomatik kanallar vasitəsilə təzyiq göstərməyə hazır olmasının əlaməti hesab edirlər.

Qeyd edək ki, bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanı vasitəsilə ABŞ-a Tehranın danışıqlara hazır olduğu barədə məktub göndərdiyi haqda məlumatlar yayılıb.

GünazTV  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar