SON XƏBƏRLƏR

“Bloomberg”: Ukrayna dronları “Lukoil”in Xəzərdəki neft yatağına azı dörd dəfə zərbə endirib

2025.12.11, 13:41
“Bloomberg”: Ukrayna dronları “Lukoil”in Xəzərdəki neft yatağına azı dörd dəfə zərbə endirib

Ukrayna “Lukoil” şirkətinin Xəzər dənizindəki “Filanovski” neft yatağına hücum edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Agentliyə danışan anonim mənbə bildirib ki, Ukraynanın uzaqmənzilli dronları platformaya ən azı dörd dəfə zərbə endirib və yataqdakı 20-dən çox quyuda hasilat dayandırılıb.

Şirkətin məlumatına görə, Xəzər dənizinin Rusiya hissəsindəki “Filanovski” yatağının layihə istehsal gücü ildə 6 milyon tondur. Bu, gündə təxminən 120 min barelə bərabərdir. Keçən il “Lukoil” şirkətinin Rusiyadakı xam neft və kondensat istehsalı təxminən 76,5 milyon tona çatıb. Bu o deməkdir ki, “Filanovski” yatağı şirkətin ümumi daxili istehsalının 8%-dən azını təşkil edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar