SON XƏBƏRLƏR

İran İraqa qaz nəqlini dayandırdı

2025.12.24, 15:13
İran İraqa qaz nəqlini dayandırdı

İran hökuməti gözlənilmədən və əvvəlcədən xəbərdarlıq etmədən İraqa qaz ixracını tamamilə dayandırıb.

Gunaz.tv

Xəbəri İraqın Elektrik Enerjisi Nazirliyi təsdiqləyib.

Məlumata görə, İranın bu addımı İraqın elektrik şəbəkəsinin böyük bir hissəsinin bağlanmasına və ölkənin elektrik enerjisi istehsal gücünün 4000 ilə 4500 meqavat arası azalmasına səbəb oldu.

İran Enerji Nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada bunun "əlverişsiz şərayit"lə bağlı olduğunu iddia edib.

Qeyd edək ki, İran İraqın elektrik və qaz ehtiyacının 35-40 faizini təmin edir və bu axının dayandırılması İraqın sabitliyinə və ölkədə əsas xidmətlərin təminatına ciddi zərbə vuracaq.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar