SON XƏBƏRLƏR

ABŞ İran-Venesuela tankerini müsadirə edəcək

2025.12.26, 12:26
ABŞ İran-Venesuela tankerini müsadirə edəcək

ABŞ qüvvələri İslam Respublikası-Venesuela neft tankeri Bela-1-i izlədiyir və gəmi heyətiABŞ hərbi qüvvələrinin əmrinə tabe olmadıqları təqdirdə, tanker güc yolu ilə ələ keçiriləcək.

Gunaz.tv

Bunu "The Wall Street Journal" qəzeti yazıb.

Qəzet 25 dekabrda bildirib ki, tanker Venesuela sahilləri yaxınlığında üzərkən kursunda qəfil və gözlənilməz dəyişikliklər etdikdən sonra aşkarlanıb.

ABŞ komandirləri, gəminin Sahil Mühafizəsi gəmilərindən xeyli böyük olduğunu və Venesuelaya gedən və oradan çıxan sanksiyalı gəmilərin blokadasından yayındığını bildiriblər.

Gəmi heyətinin əməkdaşlıqdan imtina etdiyi barədə məlumatlar aldıqdan sonra Pentaqon Bela-1 ilə mübarizə aparmaq üçün daha çox avadanlıq təmin etmək məcburiyyətində qalıb.

Tankerin təqibi 20 dekabrda başlayıb və ABŞ qüvvələri hazırda mümkün müdaxiləyə hazırlaşır.

Qeyd edək ki, son günlərdə ABŞ Venesuela sularında iki tankeri ələ keçirib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar