SON XƏBƏRLƏR

İrana casusluq edən israilli həbs edilib

2025.12.26, 12:49
İrana casusluq edən israilli həbs edilib

İsrailin keçmiş Baş naziri Naftali Bennetə qarşı İran üçün casusluq etməkdə şübhəli bilinən bir İsrail vətəndaşı həbs edilib.

Gunaz.tv

Bu haqda İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) və ölkə polisi məlumat yayıb.

Məlumata görə, İsrail prokurorluğu 25 dekabr günü Lod Rayon Məhkəməsində Rişon Lezion sakini 40 yaşlı Vadim Kupriyanov haqqında casusluq şübhəsi ilə ittiham irəli sürüb.

Polisin məlumatına görə, Kupriyanov dekabrın ortalarında Naftali Bennetin Ra'anana şəhərindəki iqamətgahının ətrafında şəkil çəkərkən görülüb və həbs edilib.

Polis bildirib ki, o, bunu etmək üçün avtomobilinə quraşdırılmış kameradan istifadə edib.

Məlumata görə, Kupriyanov iki aydır ki, İranla bağlantısı olan şəxslə əlaqə saxlayıb və İslam Respublikası üçün casusluq etmək üçün cəlb edilən başqa İsrail vətəndaşları kimi, pul müqabilində bir sıra təhlükəsizliklə bağlı tapşırıqlar yerinə yetirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar