SON XƏBƏRLƏR

Şimali Koreya və İran arasında gizli maliyyə xətti

2025.12.27, 11:49
Şimali Koreya və İran arasında gizli maliyyə xətti

İran və Şimali Koreya arasında çirkli pulların yuyulması ilə bağlı gizli maliyyə əlaqələri üzə çıxıb. Araşdırmada bu əməliyyatların kriptovalyutalar vasitəsilə həyata keçirildiyi bildirilir.

Gunaz.tv

Bu haqda Cənubi Koreyanın “Chosun” qəzeti məlumat yayıb. 

Qəzetin yazdığına görə, FTB tərəfindən axtarılan Şimali Koreya vətəndaşı Sim Hyun-sup bu şəbəkədə əsas fiqurlardan biridir. TRM Labs-in araşdırmasına əsasən, 2025-ci ilin fevralında onun nəzarətində olan kriptovalyuta cüzdanından SEPAH ilə əlaqəli ünvanlara ən azı 67 min dollar köçürülüb.

Məlumata görə, İran bu yolla sanksiyalardan yayınaraq vəsaitləri dollara çevirmək və hətta neft ticarətində istifadə etmək imkanı qazanıb.

Hesabatda qeyd olunur ki, Sim Hyun-sup uzun müddət Küveyt və BƏƏ-də fəaliyyət göstərib, “Sim Əli” və “Sim Hacim” adları ilə çıxış edib və Şimali Koreyanın Xarici Ticarət Bankı ilə əlaqəli olub. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar