SON XƏBƏRLƏR

İran ordusunun baş komandanı bəyanat yaydı- Bu təhdiddir

2026.01.07, 16:53
İran ordusunun baş komandanı bəyanat yaydı- Bu təhdiddir

Düşmənlərin İran xalqına qarşı ritorikasının güclənməsini təhdid hesab edirik və bu təhdidləri cavabsız qoymayacayıq.

Gunaz.tv

Bunu İran ordusunun komandanı Əmir Hatəmi yaydığı bəyanatda deyib.

Bu, "İran Müdafiə Şurası"nın dünən axşam ABŞ və İsrail təhdidləri ilə bağlı "qanuni müdafiə" çərçivəsində qabaqlayıcı tədbirlərin görülməsinin mümkünlüyündən bəhs edən bəyanatından sonra verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir həftə ərzində iki dəfə İran hökumətinə xəbərdarlıq edib.

O, hökumət məmurlarının etirazçılara qarşı qəddar davranacağı və onları öldürəcəyi təqdirdə ABŞ-nin buna sərt reaksiya verəcəyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar