SON XƏBƏRLƏR

Stiv Uitakoff Əraqçı ilə görüşdən imtina edib

2026.01.17, 12:06
Stiv Uitakoff Əraqçı ilə görüşdən imtina edib

İranın xarici işlər naziri Abbas Əraqçi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu başlamazdan əvvəl ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitakoffla görüşmək istəyib.

Gunaz.tv

Bu haqda "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Bildirilib ki, Əraqçı bir neçə dəfə görüşməyə cəhd etsə də, Vaşinqton tərəfindən bu tələbin qəbul edilməyib.

"The Wall Street Journal" qəzetinin ərəb və Avropa mənbələrinə istinadən verdiyi məlumata görə, bu cəhd ABŞ rəsmilərinin "İrandakı daxili vəziyyətə cavab vermək" üçün variantları eyni vaxtda nəzərdən keçirdiyi və belə bir görüş üçün heç bir planın hazırlanmadığı bir vaxtda baş verib.

Qeyd edək ki, Dünya İqtisadi Forumu (Davos) 19-23 yanvar tarixlərində keçiriləcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar