SON XƏBƏRLƏR

Fars xəbər agentliyi Azərbaycanı təhdid edib - Amerika və İsrail İrana hücum edərsə, Azərbaycan və Türkiyə hədəfə alınacaq

2026.01.24, 12:09
Fars xəbər agentliyi Azərbaycanı təhdid edib - Amerika və İsrail İrana hücum edərsə, Azərbaycan və Türkiyə hədəfə alınacaq

İnqilab Keşikçiləri ilə əlaqəli media orqanı olan Fars Xəbər Agentliyi, "İranın Neft Kartları və Amerikanın Müharibə Tənliyi" başlıqlı yazı dərc edib.

Gunaz.tv

Yazıda Azərbaycan və Türkiyəni açıq şəkildə təhdid edərək, ABŞ və İsrailin İrana hücum edəcəyi təqdirdə bu ölkələrin Tehran üçün qanuni hədəfə çevriləcəyi barədə xəbərdarlıq edilib.

əqalədə bu ssenari "müharibə alovunu Vaşinqtonun Qərbi Asiyadakı bütün müttəfiqlərinə yaymaq" kimi təsvir edilir və İsrailin Azərbaycan neftindən asılılığının böyük həcmdə artdığı vurğulanır.

Hesabatın digər hissəsində deyilir ki, Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyəyə daşınması və daha sonra İsrail limanlarına aparılması ölkəni İranın əsas hədəfinə çevirir.

Media orqanı həmçinin iddia edir ki, İsrail Hərbi Hava Qüvvələrinin İran sərhədləri yaxınlığındakı bazalara, istər "casusluq və müşahidə əməliyyatları" üçün, istərsə də mümkün hücum ssenariləri üçün girişi Azərbaycanı İran hücumlarının hədəfinə çevirə biləcək başqa bir amildir.

"Tehranın Bakıya, Ankaraya və digər regional paytaxtlara mesajı aydındır: hər hansı bir hücum halında əsas aktyorla regional vasitəçilər arasında heç bir fərq olmayacaq və qırmızı xətti keçmək baha başa gələcək." - deyə Azərbaycan təhdid edilib.

Oxumaq üçün buraya tıklayın.

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar