SON XƏBƏRLƏR

ABŞ-da iranlı vəzifəlilərin övladlarının lüks həyatı sona çatır

2026.01.30, 09:12
ABŞ-da iranlı vəzifəlilərin övladlarının lüks həyatı sona çatır

Gunaz.tv

ABŞ Dövlət Departamentinin Marko Rubionun göstərişi ilə İran hakimiyyətinin yüksək vəzifəli şəxsləri və onların ailə üzvlərinin ABŞ-da olma imtiyazının ləğv edilməsi prosesinə başladığını açıqlamasından sonra, ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts (Mike Waltz) açıqlama verərək bildirib: “İranda yaşayan insanlar zorakılıq və təzyiqlərlə üzləşdiyi bir vaxtda, bəzi rəsmilərin ailələri ABŞ-da rahat və rifahlı həyat sürür. Lakin bu dövr artıq sona çatır.”

Eyni zamanda yayılan hesabatlar ABŞ, Kanada və Avropa ölkələrində yaşayan və ya həmin ölkələrin vətəndaşlığını alan İran hakimiyyətinə bağlı şəxslərin övladları və yaxınlarının uzun siyahısının mövcud olduğunu göstərir. Bu siyahıda bəzi bələdiyyə rəhbərlərinin, keçmiş nazirlərin və siyasi fiqurların ailə üzvlərinin adları yer alır.

İnsan hüquqları fəalları bu halları sənədləşdirərək, ev sahibi dövlətlərdən bu şəxslərin yaşama və işləmə icazələrinin yenidən nəzərdən keçirilməsini və ya ləğv olunmasını tələb edirlər. Onlar bildirirlər ki, bu addım İranda yaşayan insanların hüquqlarının müdafiəsi və repressiyalara qarşı açıq siyasi mesaj ola bilər.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar