SON XƏBƏRLƏR

İranın Avstriyadakı səfirliyinin işlər vəkili missiyanı tərk etdikdən sonra İsveçrədə sığınacaq istəyib

2026.02.03, 22:38
İranın Avstriyadakı səfirliyinin işlər vəkili missiyanı tərk etdikdən sonra İsveçrədə sığınacaq istəyib

Gunaz.tv

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qulamreza Derikvənd, İranın Avstriyanın Vyana şəhərindəki səfirliyinin işlər vəkili, xidmət yerini tərk etdikdən sonra İran hökuməti ilə əməkdaşlığa son qoyub və İsveçrədə sığınacaq üçün müraciət edib.

X (keçmiş Twitter) platformasında istifadəçilər Derikvəndın sığınacaq istəməsi ilə bağlı xəbərləri paylaşsalar da, İran Xarici İşlər Nazirliyi indiyədək bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Nazirliyin bəzi əməkdaşları isə onun vəziyyəti barədə ya məlumatsız olduqlarını bildirir, ya da mövzu ilə bağlı danışmaqdan çəkinirlər.

Derikvənd daha əvvəl, 2011–2014-cü illər arasında İranın Çexiya Respublikasındakı səfirliyində işlər vəkili vəzifəsində çalışıb. Həmkarlarının sözlərinə görə, peşəkar fəaliyyəti və karyera yolunu davam etdirdiyi təqdirdə, onun səfir rütbəsinə qədər yüksəlmək imkanı var idi.

Məlumatlarda həmçinin qeyd olunur ki, Derikvənd son etirazların başlanmasından sonra İran hökumətindən ayrılan və ölkəyə geri qayıtmayan ikinci iranlı diplomatdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar