SON XƏBƏRLƏR

Jeruzalem Post-un İranın raket arsenalı və regional təhdidi ilə bağlı qısa təhlili

2026.02.04, 16:55
Jeruzalem Post-un İranın raket arsenalı və regional təhdidi ilə bağlı qısa təhlili

Gunaz.tv

«Jeruzalem Post» qəzetinin yayımladığı hesabatda bildirilir ki, İran hökuməti Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malik tərəflərdən biridir və bu arsenal regional gərginliklərdə mühüm rol oynayır. Məlumata görə, bu raketlər 2025-ci ildə İsraillə baş verən 12 günlük münaqişə zamanı buraxılıb və İsrail şəhərlərinin bəzi hissələri hədəf alınıb.

Hesabatda qeyd olunur ki, İran hökuməti həmin münaqişədən sonra raket obyektlərinə dəyən ziyanı bərpa etməyə çalışıb və rəsmi şəxslər ölkənin raket imkanlarının “indiyə qədər olduğundan daha güclü” olduğunu bildiriblər.

Təhlilçilərin fikrincə, bu arsenal təxminən 2000 kilometrə qədər məsafəni əhatə edən müxtəlif uzaqmənzilli raketlərdən ibarətdir və uzaq hədəfləri vurmaq imkanına malikdir. Ən çox tanınan modellər sırasında Səccil, Emad, Qader, Şahab-3 və Xorrəmşəhr raketləri göstərilir.

Mütəxəssislər əlavə ediblər ki, İran hökuməti bu raket imkanlarını ABŞ, İsrail və onların müttəfiqlərinə qarşı caydırıcı vasitə kimi dəyərləndirir, baxmayaraq ki, Tehran bu proqramın “müdafiə xarakterli” olduğunu dəfələrlə vurğulayıb.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar