SON XƏBƏRLƏR

ABŞ-ın Türkiyədəki səfirindən reaksiya: Hizbullah terrorçu qrupdur

2026.02.07, 08:45
ABŞ-ın Türkiyədəki səfirindən reaksiya: Hizbullah terrorçu qrupdur

ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda Suriyada xüsusi nümayəndəsi olan Tomas Barrak, Milken İnstitutunda keçirilən son toplantıda Livanı “iflas etmiş dövlət” adlandırıb.

Gunaz.tv

Barrak bildirib: «Məzhəbə əsaslanan siyasi sistem işləmir. Maronit prezident, sünni baş nazir və şiə parlament sədri; 128 parlament mandatının müsəlmanlar və xristianlar arasında bərabər bölünməsi – hər şey dalana dirənib».

Livanın məzhəbə əsaslanan siyasi strukturu bilərəkdən dövləti daimi dalana salıb və bu siyasi iflic silahlı aktorların, o cümlədən Hizbullahın güclənməsi üçün zəmin yaradıb; belə bir sistemdə nə islahatlar mümkündür, nə də dövlətin real suverenliyinin təmin edilməsi.

O qeyd edib: «Hizbullah ABŞ meyarlarına görə xarici terrorçu təşkilatdır» və əlavə edib: 
«Eyni zamanda, Livanda veto və bloklama hüququna malik böyük bir siyasi partiyadır… “Hizbullah tərksilah edilməlidir” demək ideyası… bunu hərbi yolla həyata keçirmək mümkün deyil».

Barrak deyib: «ABŞ bildirir ki, Hizbullah tərksilah olunmalıdır, bu qrup xarici terror təşkilatıdır və mövcud olmamalıdır. Mənim şəxsi fikrimcə, bir terrorçunu öldürsəniz, onun yerinə on yeni terrorçu yaranır. Bu, cavab ola bilməz».

O, Livanın siyasi liderlərini «təcili şəkildə İsrailə doğru addım atmağa və razılaşma əldə etməyə» çağıraraq vurğulayıb: «Başqa çıxış yolu yoxdur».

 

Niyə Livan ordusu Hizbullahla toqquşmağa hazır deyil?
ABŞ ilə Beyrut arasında Hizbullahın tərksilahı ilə bağlı dərin uçurum
ABŞ senatoru Livan ordusunun komandanı ilə görüşü qəfil dayandırdı

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar