SON XƏBƏRLƏR

Belqradın ən hündür binasında Azərbaycan bayrağı işıqlandırıldı (VİDEO)

2026.02.15, 22:59
Belqradın ən hündür binasında Azərbaycan bayrağı işıqlandırıldı (VİDEO)

Gunaz.tv

Serbiyanın paytaxtı Belqradın simvollarından biri sayılan məşhur “Belgrad Tower” binası Azərbaycan və Serbiya bayraqlarının rəngləri ilə işıqlandırılıb.

168 metr hündürlüyündə olan göydələnin nəhəng fasadında ardıcıl olaraq Azərbaycanın üçrəngli bayrağı və Serbiyanın dövlət bayrağı nümayiş etdirilib. Bu addım iki ölkə arasında yüksək səviyyəli siyasi və diplomatik əlaqələrin növbəti simvolik nümayişi kimi qiymətləndirilir.

Qeyd edək ki, “Belgrad Tower” mühüm tarixi günlərdə və dost ölkələrlə bağlı əlamətdar hadisələr zamanı xüsusi işıqlandırma ilə bəzədilir. Azərbaycan bayrağının burada əks olunması Bakı–Belqrad strateji tərəfdaşlığının gücləndiyini göstərir.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar