SON XƏBƏRLƏR

Kanada vətəndaşlarını İranı tərk etməyə çağırdı

2026.02.27, 09:43
Kanada vətəndaşlarını İranı tərk etməyə çağırdı

Kanada hökuməti İran üçün səyahət xəbərdarlığı səviyyəsini narıncıdan qırmızıya qaldıran bəyanat yayaraq, regional gərginliyin artması və əvvəlcədən xəbərdarlıq edilmədən hərbi münaqişə ehtimalı səbəbindən bütün vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

Gunaz.tv

Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Ottava, xüsusən də ikili vətəndaşlığı olanlar üçün özbaşına həbslər və gözlənilməz repressiyalar kimi risklər barədə xəbərdarlıq edib.

Bəyanatda bildirilir ki, diplomatik münasibətlərin olmaması səbəbindən Kanadanın İran daxilində konsulluq xidmətləri göstərmək imkanları çox məhduddur. Vətəndaşlara həmçinin dərhal tərk edə bilmədikləri təqdirdə təhlükəsiz bir yerdə sığınmaq üçün kifayət qədər qida, su və dərman ehtiyatı hazırlamaları tövsiyə olunub.

Bəzi aviaşirkətlər tərəfindən uçuşların dayandırılması nəzərə alınmaqla, Kanada Xarici İşlər Nazirliyi quru sərhədlərini tərk edərək Türkiyə və Ermənistana getmək üçün variantları təklif edib və Kanada pasportu sahiblərinin Türkiyəyə daxil olmaq üçün vizaya ehtiyacı olmadığını xatırladıb. 

Həmçinin vurğulanıb ki, İslam Respublikasının qanunlarına görə, ikili vətəndaşlığı olan şəxslərin sərhədi tərk etmək üçün etibarlı İran pasportu olmalıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar