SON XƏBƏRLƏR

Əhali Tehranı tərk edir

2026.02.28, 14:53
Əhali Tehranı tərk edir

Bu gün səhər saatlarından başlayaraq İsrail Hərbi Hava Qüvvələrinin İrana hücumundan sonra böyük şəhərlərdə, o cümlədən paytaxt Tehranda xaos yaşanır.

Gunaz.tv

Bu barədə sosial media kanallarında məlumatlar yayılıb.

Məlumatalara görə, Tehranda hərbi bazalar və hökumətbinalarının bombalanmasından sonra əhali kütləvi şəkildə şəhəri tərk etməyə başlayıb.

Mülki şəxslərin əsasən ölkənin şimal bölgələrinə və hərbi obyektlərdən uzaq daha kiçik yaşayış yerlərinə axın etdikləri bildirilir.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar