SON XƏBƏRLƏR

İran Türkiyəyə ballistik raket atdı

2026.03.09, 15:48
İran Türkiyəyə ballistik raket atdı

Gunaz.tv

Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxılan və Türkiyənin hava məkanına daxil olan bir ballistik raketin NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin yaydığı rəsmi bəyanata görə, raket Türkiyə hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən havada məhv edilib. Bildirilib ki, raketin zərərsizləşdirilməsindən sonra bəzi sursat qalıqları Qaziantep vilayətində boş ərazilərə düşüb.

Açıqlamada qeyd olunub ki, hadisə nəticəsində hər hansı insan itkisi və ya yaralanma qeydə alınmayıb. Düşən qalıqların yaşayış məntəqələrindən kənarda yerləşən sahələrə düşdüyü bildirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanatında vurğulayıb ki, Ankara regionda yaxşı qonşuluq münasibətlərinə və sabitliyə böyük önəm verir. Bununla yanaşı, Türkiyənin ərazisinə və hava məkanına yönələn istənilən təhlükəyə qarşı bütün lazımi addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bildirilib.

Bəyanatın sonunda qeyd olunub ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara riayət olunması bütün tərəflərin maraqlarına uyğundur və Ankara ölkənin milli təhlükəsizliyinə və ərazi bütövlüyünə yönələn heç bir təhdidə yol verməyəcək.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar