SON XƏBƏRLƏR

ABŞ İranı tamamilə darmadağın edib - Tramp

2026.03.10, 10:53
ABŞ İranı tamamilə darmadağın edib - Tramp

ABŞ İranı tamamilə darmadağın edib, Tehran bir neçə gün əvvəl təslim olmalı idi.

Gunaz.tv

Bunu ABŞ prezidenti Donald Tramp Mayamidəki otelində mətbuat konfransında deyib.

"İran böyük və güclü ölkə olmalı idi. Biz onları dəhşətli dərəcədə darmadağın etdik. Nə vaxt "təslim oluruq" deyəcəklərini bilmirəm, ancaq bunu iki gün əvvəl etməli idilər, elə deyilmi?", - Tramp sual edib.

Onun sözlərinə görə, İranın "heç nəyi qalmayıb".

Qeyd edək ki, bundan əvvəl, martın 6-da Tramp İranla qeyd-şərtsiz kapitulyasiyadan başqa heç bir razılaşma olmayacağını bildirmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar