SON XƏBƏRLƏR

Müctəba Xameneinin rəhbərlik məsələsində “İmam Zaman” da gündəmə gətirildi

2026.03.15, 23:48
Müctəba Xameneinin rəhbərlik məsələsində “İmam Zaman” da gündəmə gətirildi

Yeni iddia: “Onu İmam Zaman seçdi”

Gunaz.tv

İranın “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari qalmaqallı açıqlamasında iddia edib ki, Müctəba Xamenei “İmam Zaman” tərəfindən rəhbərlik üçün seçilib və ona itaət etmək İmam Zamana itaət etmək deməkdir.

Gunaz TV-nin məlumatına görə, “Keyhan” qəzetinin baş redaktoru yazısında bildirib: “Cəsarətlə demək olar ki, Müctəba Hüseyni Xamenei Həzrət Sahibəz-Zaman tərəfindən seçilmiş şəxsdir və Ekspertlər Məclisinin kəşf etdiyi şəxs kimi təqdim olunub. Buna görə də ona itaət etmək İmam Zamana itaət etməkdir.”

O, ideoloji sistemdə yayılmış dini iddiaları təkrarlayaraq əlavə edib: “Qeyb dövründə Ekspertlər Məclisi İmam Zamanın nümayəndəsini seçmir. Əksinə, İmam Zaman özü nümayəndəsini seçir və sonra gizli yönləndirmələr vasitəsilə həmin şəxsi Ekspertlərin kəşf etdiyi şəxs kimi ortaya çıxarır.”

Bu iddialar İran hakimiyyətinin siyasi sistemə legitimlik qazandırmaq və hakimiyyətin ötürülməsini əsaslandırmaq üçün dini anlayışlardan və şiə ideologiyasından istifadə etməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


GünAzTV
R.G


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar