SON XƏBƏRLƏR

Müharibəyə görə iranlı sənətçinin əmlakı müsadirə edildi

2026.03.25, 10:36
Müharibəyə görə iranlı sənətçinin əmlakı müsadirə edildi

İran hökuməti xaricdə mühacirətdə yaşayan aktyor və ictimai fəal Burzu Ərcməndin və bir neçə ailə üzvünün İranda olan bütün əmlakını müsadirə edib.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sistemi məlumat yayıb.

O, “İranla müharibədə iştirak edən tərəflərin kəşfiyyat xidmətləri ilə əlaqə və əməkdaşlıq”da günahlandırılıb.

Qeyd edək ki, Burzu Ərcmənd film, teatr və televiziya aktyoru və müğənnidir. O, 2022-ci ildə İranda keçirilən ümumxalq etirazlarından sonra ölkəni tərk edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar