SON XƏBƏRLƏR

Rusiya İrana dron yardımı edir

2026.03.26, 15:26
Rusiya İrana dron yardımı edir

İran və Rusiyanın yüksək vəzifəli rəsmiləri münaqişə başladıqdan bir neçə gün sonra dron tədarükünü müzakirə etməyə başlayıblar.

Gunaz.tv

Bu barədə “The Financial Times" iki mənbəyə istinadla məlumat yayıb.

Təhlükəsizlik rəsmiləri hesab edir ki, İrana Rusiyanın əvvəllər Ukraynada istifadə etdiyi Tehranın hazırladığı “Şahid” dronlarına əsaslanan “Geran-2” və “Şahid-136” kamikaze dronları verilir.

“Ruslar “Şahid” PUA-sını əhəmiyyətli dərəcədə təkmilləşdiriblər, o cümlədən onun mühərriklərini, naviqasiya sistemlərini və maneə əleyhinə sistemlərini dəyişdiriblər. Bu sistemlər İranın istehsal etdiyi sistemlərdən daha üstündür", - deyə Rusiya-İran münasibətlərini araşdıran “Sciences Po” Universitetinin professoru Nikol Qrayevski bildirib.

Bəzi məlumatlara görə  isə, sursat tədarükü Rusiyanın Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumlar üçün İrana vacib peyk və kəşfiyyat məlumatları verdiyi aşkar edildikdən üç həftə sonra başlayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar