SON XƏBƏRLƏR

Fidan İran-ABŞ müzakirləri barədə açıqlama verdi

2026.03.28, 10:56
Fidan İran-ABŞ müzakirləri barədə açıqlama verdi

Hazırda danışıqların müəyyən bir mərhələsinə çatmışıq; ən azından danışıqlar başlayıb.

Gunaz.tv

Bunu İran və ABŞ arasındakı danışıqlara toxunan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Pakistan vasitəsilə mesaj mübadiləsi davam edir. Amerikalılar bizimlə koordinasiyadadır və biz iranlıları məlumatlandırırıq”,- nazir əlavə edib.

Fidan həmçinin martın 27-də hər iki tərəflə uzun danışıqlar apardıqlarını və onların mövqelərini və gözləntilərini daha yaxşı başa düşməyə çalışdıqlarını söyləyib.

XİN başçısı İranın tələblərinin dəyişdiyini də bildirib:

“İndi müharibə həssas nöqtələrə çatdığı və müəyyən ziyan dəydiyi üçün İranın danışıqlardakı tələbləri dəyişəcək”.

Hakan Fidan vasitəçilik prosesinin artan mürəkkəbliyinə də toxunub:

“Bu, vasitəçilərin işini daha da çətinləşdirir, amcaq ümidimizi itirmədən səylərimizi davam etdirməyə ümid edirik”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar