SON XƏBƏRLƏR

Rusiya İrana təkmilləşdirilmiş dronlar göndərir- Associated Press

2026.03.28, 11:29
Rusiya İrana təkmilləşdirilmiş dronlar göndərir- Associated Press

Rusiya Ukrayna müharibəsində istifadə edilən İran dron texnologiyasının təkmilləşdirilmiş versiyalarını özündə birləşdirən dronları İrana göndərir.

Gunaz.tv

Bunu Associated Press agentliyi ABŞ və Avropa rəsmilərinə istinadən bildirib.
 
Məlumata görə, İslam Respublikası bu son müharibədə bir aydan çoxdur ki, İsrailə, Körfəz Ərəb dövlətlərinə və Yaxın Şərqdəki ABŞ bazalarına qarşı dron hücumları dalğaları həyata keçirir.

İranın "Şəhid" dronları ehtiyatı olsa da, Rusiya Ukrayna müharibəsi zamanı bu dronlarda dəyişikliklər edib, o cümlədən onların naviqasiya imkanlarını təkmilləşdirib.

Avropa kəşfiyyat rəsmisi "Associated Press" agentliyinə bildirib ki, Rusiya və İslam Respublikası rəsmiləri bu ay dronların təhvil verilməsi ilə bağlı "çox aktiv" danışıqlar aparıblar.

ABŞ müdafiə rəsmisi həmçinin dronların İrana tək bir göndərişlə və ya mərhələli şəkildə çatdırılacağının hələlik məlum olmadığını bildirib. Onun sözlərinə görə, bu göndərişin sayı və əhəmiyyəti də bəlli deyil.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar