SON XƏBƏRLƏR

Bu artıq İran deyil; bu indi “SEPAH Respublikası”dır! (Video)

2026.04.02, 00:15
Bu artıq İran deyil; bu indi “SEPAH Respublikası”dır! (Video)

İran hakimiyyətinin əsas strukturu faktiki olaraq çöküb, ruhanilərlə Sepah arasında dərin qarşıdurma yaranıb.

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə, İsrailin Kanal 14 xəbər şəbəkəsinin yaydığı məlumata əsasən, Tehranda hakimiyyət strukturu daxilində ciddi parçalanma baş verir və rejimin yüksək rütbəli ruhaniləri ilə Sepah arasında kəskin ixtilaf yaranıb.

İran üzrə baş analitik Dror Balazada bildirib ki, Tehrandakı mənbələrə görə ölkənin əsas hakimiyyət strukturu faktiki olaraq dağılıb və ruhanilər qərarvermə mərkəzlərindən kənarlaşdırılıb.

Hesabatda qeyd olunur ki, Sepah artıq hakimiyyət mərkəzləri, ölkənin iqtisadi axını və hətta Müctəba Xamenei ilə əlaqələr üzərində tam nəzarəti ələ keçirib; bu isə hərbi qurumun əlində görünməmiş güc toplanmasını göstərir.

Bundan əlavə bildirilir ki, ruhanilərin təcridi o həddə çatıb ki, onlardan bəziləri hətta qapalı müzakirələrdə Müctəba Xameneinin sağ olub-olmaması və sağlamlıq vəziyyəti barədə suallar qaldırır.

Bu hesabatda istinad edilən mənbələr belə nəticəyə gəlib: "Bu artıq İran deyil; bu indi Sepah Respublikasıdır."

Bu proseslər fonunda müşahidəçilər bildirir ki, Sepahın siyasi və iqtisadi strukturlar üzərində təsirinin artması ilə bağlı illərdir edilən xəbərdarlıqlar artıq reallığa çevrilib və bu proses hakimiyyət daxilində digər qüvvələrin tamamilə sıradan çıxarılması ilə nəticələnib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar