SON XƏBƏRLƏR

İsrail Naim Qasıma: Səni də Xamenei kimi cəhənnəmə göndərəcəyik

2026.04.02, 19:47
İsrail Naim Qasıma: Səni də Xamenei kimi cəhənnəmə göndərəcəyik

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin müdafiə naziri Yisrael Kats Hizbullahın baş katibi Naim Qasıma sərt mesaj verərək bildirib: “Sənin İrandakı himayədarların məğlub olub və sənlə birlikdə olanlar çox ağır bədəl ödəyəcək.”

O, təhdid dolu çıxışında əlavə edib: “Siz sağ qalmayacaqsınız, çünki cəhənnəmin dərinliyində Nəsrullah, Xamenei, Sinvar və ‘şər oxu’nun aradan götürülmüş bütün üzvləri ilə birlikdə olacaqsınız.”

İsrailin müdafiə naziri həmçinin vurğulayıb: “Biz Hizbullahı və onun tərəfdarlarını Cənubi Livandan təmizləyəcəyik, İsrail ordusunun Litani bölgəsi üzərində təhlükəsizlik nəzarəti ilə və Hizbullahın ‘ilan dişlərini’ bütün Livan ərazisində kökündən çıxaracağıq.”

Bu açıqlamalar regionda gərginliyin kəskin şəkildə artdığı və İsraillə İran hakimiyyətinə bağlı qruplar arasında qarşılıqlı təhdidlərin yeni mərhələyə keçdiyi bir vaxtda səsləndirilib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar