SON XƏBƏRLƏR

İran İslamabad danışıqlarında iştirakını təsdiq etdi- Şərif

2026.04.08, 15:09
İran İslamabad danışıqlarında iştirakını təsdiq etdi- Şərif

İran Prezidenti Məsud Pezeşkian mənimlə telefon danışığında Tehranın İslamabadda keçiriləcək qarşıdan gələn danışıqlarda iştirakını təsdiqləyib.

Gunaz.tv

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif özünün X hesabında yazıb.

O, danışıqların "isti və məhsuldar" olduğunu və İranın bu həftənin sonunda Pakistanın sülh danışıqlarına ev sahibliyi etmək təklifini qəbul etməkdəki "müdrikliyini" yüksək qiymətləndirdiyini qeyd edib.

Şərifin sözlərinə görə, Pezeşkian Pakistanın səylərini alqışlayıb və ölkə xalqına uğurlar arzulayıb. 

Bu, Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında iki həftəlik atəşkəs elan edildiyi və növbəti danışıqların cümə günü İslamabadda keçirilməsi planlaşdırıldığı bir vaxta təsadüf edir.

Ancaq, bu danışıqların gündəliyinin tam təfərrüatları və nümayəndə heyətlərinin yekun tərkibi hələ bütün tərəflər tərəfindən rəsmi olaraq açıqlanmayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar