SON XƏBƏRLƏR

İran-ABŞ danışıqlarına görə İslamabadda 2 gün tətil olacaq

2026.04.09, 10:23
İran-ABŞ danışıqlarına görə İslamabadda 2 gün tətil olacaq

Pakistan hakimiyyəti ABŞ və İran arasında danışıqlar ərəfəsində bu gündən etibarən İslamabadda iki günlük tətil elan edib.

Gunaz.tv

Bu barədə xarici media məlumat yayıb.

Qeyd olunub ki, İslamabad administrasiyasının yaydığı məlumatda səbəb göstərilməyib. Lakin hakimiyyət orqanları mühüm diplomatik tədbirlər ərəfəsində tez-tez istirahət günləri elan edir və ya təhlükəsizliklə bağlı məhdudiyyətlər tətbiq edir.

Xatırladaq ki, İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə ötən gün iki həftəlik atəşkəs razılaşması əldə edilib. 10 apreldə tərəflər İslamabadda sülh danışıqlarına başlayacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar