SON XƏBƏRLƏR

Rusiya: İran zənginləşdirilmiş uranı təhvil versin

2026.04.09, 17:36
Rusiya: İran zənginləşdirilmiş uranı təhvil versin

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Rusiya İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı ilə bağlı problemin həlli üçün bu ölkəyə kömək etməyə hazır olduğunu bildirib və Moskvanın təkliflərinin hələ də qüvvədə qaldığını açıqlayıb.

Aleksey Lixaçov, Rusiyanın dövlət şirkəti «Rosatom»un rəhbəri, cümə axşamı bildirib ki, bu qurum İranın yüksək zənginləşdirilmiş uranı məsələsinin həllinə yardım etməyə hazırdır.

O deyib: «Təklifimiz hələ də qüvvədədir və Rusiya prezidenti bunu dəfələrlə bəyan edib. İran tərəfinin razılığı ilə zənginləşdirilmiş uranı köçürmək, zənginləşdirmə səviyyəsini azaltmaq və bunun qarşılığında iranlı tərəfdaşlarımıza təbii uran, pul və ya digər lazım olan vasitələri təqdim etmək bizim üçün problem deyil.»

Bu rus rəsmisinin açıqlaması daha əvvəl İranın 60 faiz zənginləşdirilmiş uranının köçürülməsi ilə bağlı müzakirə edilən planlara işarə kimi qiymətləndirilir.

Rusiya bundan əvvəl də İranın zənginləşdirilmiş uranının köçürülməsində iştirak edib. «Birgə Hərtərəfli Fəaliyyət Planı» çərçivəsində təxminən 25 min funt (11 min 300 kiloqramdan çox) zənginləşdirilmiş uran Rusiyaya daşınmışdı.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar