SON XƏBƏRLƏR

İslamabad danışıqlarında İranı onlar təmsil edir- Adlar

2026.04.11, 09:36
İslamabad danışıqlarında İranı onlar təmsil edir- Adlar

İranın nümayəndə heyəti parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərliyi altında ABŞ ilə danışıqlar üçün Pakistanın paytaxtı İslamabada səfər edib.

Gunaz.tv

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, Qalibafı İran xarici işlər naziri Abbas Arakçı, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, xarici işlər nazirinin müavini Kazım Qəribaabadi və Ali Milli Təhlükəsizlik Şurasının Beynəlxalq əlaqələr üzrə sədr müavi Məhəmməd Baqiri Kəni də müşayiət edirlər.

ABŞ-ı isə danışıqlarda vitse-prezident Ceyms Devis Vens, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.

"Qarşı tərəf danışıqların başlaması üçün İranın ilkin şərtlərini qəbul edərsə, bu danışıqlar başlayacaq", - məlumatda qeyd olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar