SON XƏBƏRLƏR

Bu, ABŞ ilə münasibətlərin normallaşdırılması üçün ilk addımdır- Ərdestani

2026.04.18, 09:33
Bu, ABŞ ilə münasibətlərin normallaşdırılması üçün ilk addımdır- Ərdestani

ABŞ ilə razılaşma münasibətlərin normallaşdırılması üçün bir müqəddimədir. Bir çox ölkə ABŞ ilə əlaqədə olub və biz dünyadan təcrid olunmuş deyilik. Vyetnamlılar 6 il, Koreyalılar isə 3 il ABŞ ilə döyüşüblər. ABŞ bir çox ölkə ilə döyüşüb və sonra münasibətlər qurublar.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani deyib.

"Tramp bildirib ki, hegemonluğunun pozulmaması üçün onun qələbə qazanmasını əks etdirən bir razılaşma əldə olunmalıdır və bu bizə Hörmüz boğazının gələcəkdə bizim və övladlarımızın ixtiyarında olacağına dair yaxşı bir üstünlük vəd edir",- o bildirib.

Bəxşayeş Ərdestani İranın uranı zənginləşmə hüququnu özündə saxlayacağını və Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə edə biləcəyini deyib:

"Sanksiyalar qaldırılmasa, Hörmüz boğazında və digər ölkələrdə eyni oyuna başlayacağıq və bundan təzyiq vasitəsi kimi yararlanacağıq".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar