SON XƏBƏRLƏR

Doktor Əbülfəzl Rəncbərinin işi üzrə üçüncü məhkəmə iclası keçiriləcək

2026.04.21, 11:24
Doktor Əbülfəzl Rəncbərinin işi üzrə üçüncü məhkəmə iclası keçiriləcək

Doktor Əbülfəzl Rəncbərinin işi üzrə üçüncü məhkəmə iclası hakim Həsən Fəthnejadın sədrliyi ilə 3 may 2026-cı il tarixində keçiriləcək.

Gunaz.tv

Doktor Əbülfəz Rəncbəri Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü və insan hüquqları müdafiəçisidir. O, 30 ildən artıq müddətdə İranın müxtəlif universitetlərində ümumi hüquq, inzibati hüquq və əmək hüququ sahələrində dərs deyib. Onun “Maliyyə hüququ və dövlət maliyyəsi” və “Əmək hüququ” kimi elmi əsərləri nəşr olunub.

O, 4 may 2025-ci ildə Təbrizdə evinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda şəhərin mərkəzi həbsxanasında saxlanılır. Ona vəkillə tam görüş imkanı, ailəsi ilə müntəzəm əlaqə və zəruri tibbi yardım göstərilməsi məhdudlaşdırılıb.

İlkin olaraq ona qarşı “rejim əleyhinə təbliğat” ittihamı irəli sürülsə də, sonradan bu ittiham “casusluq”la əvəz olunub və daha sonra ağır maddə olan “yer üzündə fəsad törətməyə yardım etmək” ittihamı (edam cəzası ilə nəticələnə bilər) əlavə edilib.

Daha əvvəl Risk altında olan Vəkillərin Beynəlxalq Müşahidəsi təşkilatı (OIAD) yaydığı bəyanatda doktor Əbülfəzl Rəncbərinin həbsini pisləyib. Təşkilat bu addımı onun dinc hüquqi və akademik fəaliyyətinə qarşı yönəlmiş təzyiq kimi qiymətləndirib və bunu İranda müstəqil vəkillərə qarşı genişmiqyaslı təzyiqlərin bir hissəsi adlandırıb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar