SON XƏBƏRLƏR

Tramp: “Atəşkəsi uzatdım”

2026.04.21, 23:58
Tramp: “Atəşkəsi uzatdım”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; ABŞ Prezidenti Donald Tramp son bəyanatında hərbi hazırlıq davam etdiyi halda İranla atəşkəsi uzatdığını və dəniz blokadasının davam etdirilməsi barədə göstəriş verdiyini açıqlayıb.

Tramp bəyanatında yazıb: “İran hökumətinin ciddi şəkildə parçalanma və zəifləmə yaşadığını nəzərə alaraq — ki, bu da gözlənilməz deyil — və Pakistanın Baş naziri Şahbaz Şərif və ordu komandanı Asim Munirin xahişi ilə bizdən İran ərazisinə hücumu dayandırmaq istənilib ki, onların rəhbərləri və nümayəndələri vahid və koordinasiyalı təklif hazırlaya bilsinlər.”

O əlavə edib: “Buna görə də mən orduya göstəriş vermişəm ki, blokadanı davam etdirsin və digər bütün sahələrdə tam hazırlıq vəziyyətində qalsın; buna görə atəşkəsi onların təklif təqdim etməsinə və danışıqların nəticələnməsinə qədər — necə olursa-olsun — uzadıram.”

Bu açıqlama danışıqlar prosesində dalanın yarandığı və Tehranın hələ də danışıqlarda iştirakla bağlı yekun qərar vermədiyi bir vaxtda səsləndirilib; bu isə atəşkəsin gələcəyini birbaşa danışıqların nəticəsinə bağlayır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar