SON XƏBƏRLƏR

SEPAH-dan yeni təhdid: “Dənizdə internet kabellərini kəsə bilərik”

2026.04.22, 17:53
SEPAH-dan yeni təhdid: “Dənizdə internet kabellərini kəsə bilərik”

Gunaz TV-nin məlumatına görə, İran İnqilab Keşikçilərinə bağlı Tasnim agentliyi bölgədə və ərəb ölkələrinin internet infrastrukturuna qarşı təhdid xarakterli açıqlama yayıb.

Gunaz.tv

Agentlik Fars körfəzi sahilində yerləşən ölkələrin kommunikasiya infrastrukturunun Hörmüz boğazında cəmləşdiyini vurğulayaraq bunun nəticələri barədə xəbərdarlıq edib.

Tasnim yazıb: “Ən azı 7 əsas rabitə kabeli bu marşrutdan keçir; halbuki dünya internet trafikinin 97 faizdən çoxu məhz bu dənizaltı fiber-optik kabellər vasitəsilə ötürülür.”

Agentlik bölgənin rəqəmsal əlaqələrinin Yaxın Şərq, Avropa və Asiyadakı iri məlumat mərkəzlərinə məhz bu dənizaltı fiber-optik kabellər vasitəsilə qoşulduğunu qeyd edərək vurğulayıb ki, bu infrastruktur məlumat ötürülməsi, elektron ticarət, bulud xidmətləri və onlayn rabitənin əsas dayağıdır.

Tasnim daha sonra xəbərdaredici tonda əlavə edib: “Çox sayda internet kabelinin dar bir keçiddə cəmləşməsi Hörmüz boğazını regionun rəqəmsal iqtisadiyyatı üçün həssas nöqtəyə çevirib.”

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar