SON XƏBƏRLƏR

İsrail İranın yeni rəhbərliyini hədəfə almağa hazırdır

2026.04.23, 19:30
İsrail İranın yeni rəhbərliyini hədəfə almağa hazırdır

İsrail İran hücumu üçün Vaşinqtonun “yaşıl işığını” gözləyir | İsrailin müdafiə naziri sərt mesaj verdi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin müdafiə naziri Yisrael Katz cümə axşamı təhlükəsizlik qiymətləndirməsi zamanı bildirib ki, İsrail İranla müharibəni yenidən başlatmağa hazırdır və ABŞ-dan “yaşıl işıq” gözləyir. Bu mövqe beynəlxalq və etibarlı mənbələrində də əksini tapıb.

“Times of Israel”in məlumatına görə, Katz deyib: “İsrail İranla müharibəni yenidən başlatmağa hazırdır. İsrail ordusu həm müdafiə, həm də hücum üçün hazırdır və hədəflər müəyyən edilib.” Həmin xəbərdə onun İranın yeni rəhbərliyini və enerji obyektlərini hədəfə almağa hazır olduqları da qeyd olunur.

“Associated Press” və “The Washington Post”un canlı yayım hesabatlarında da bu mövqenin əsas hissələri təsdiqlənib; o cümlədən Katzın ABŞ-dan “yaşıl işıq” gözlədiyini və İsrail ordusunun hücum və müdafiə əməliyyatlarına hazır olduğunu bildirdiyi vurğulanıb.

Bu açıqlamaların yayımlanan versiyasında Katz İranı “fərqli və ölümcül” hücumla təhdid edib və deyib ki, növbəti zərbələr “ən ağrılı nöqtələrə” yönələcək; bu ifadə “Times of Israel”də açıq şəkildə yer alıb.

Bu mövqe, “Reuters”in daha əvvəl yaydığı xəbərlərlə də üst-üstə düşür. Agentlik İsrail rəsmilərinin son həftələrdə İranın enerji infrastrukturuna hücum planları barədə danışdıqlarını və bu addımların Vaşinqtonun razılığına bağlandığını bildirmişdi.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar