SON XƏBƏRLƏR

ABŞ İranla bağlı daha 20 şirkət və 19 gəmini sanksiyalar siyahısına saldı

2026.04.25, 09:06
ABŞ İranla bağlı daha 20 şirkət və 19 gəmini sanksiyalar siyahısına saldı

ABŞ İranla bağlantısı olduğu ehtimal edilən 20 şirkət və 19 gəmini sanksiya siyahısına salıb.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Böyük Britaniyanın Vircin adaları, Vyetnam, Honkonq, Kayman adaları, Çin, Liberiya, Marşal adaları, BƏƏ və Panamada qeydiyyatdan keçmiş bəzi hüquqi şəxslər də daxil edilib.

Bu həftənin əvvəlində idarə səkkiz İran vətəndaşına, eləcə də İslam Respublikası və BƏƏ-dən olan dörd şirkətə, həmçinin "Mahan Air" aviaşirkətinin iki "Boeing 777-200ER" təyyarəsinə qarşı sanksiyalar tətbiq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar