SON XƏBƏRLƏR

İranda dövlət sözçüsü etiraf etdi: Enerji çatışmazlığı var

2026.04.26, 14:59
İranda dövlət sözçüsü etiraf etdi: Enerji çatışmazlığı var

Gunaz.tv

Fatimə Mühacirani, Pezeşkian dövlətinin sözçüsü bildirib: “Problemləri gizlətməklə həll yolu tapmaq mümkün deyil. Qəbul etməkdən başqa yol yoxdur və reallığı qəbul etməliyik. Enerji çatışmazlığı var. Polad və neft-kimya sənayesi zərər görüb, lakin problemin həllini tapmalıyıq.”

2022-ci ildən etibarən enerji sektorunda, xüsusilə istehsal və elektrik ötürmə şəbəkəsində illərlə yetərli investisiya qoyulmamasının nəticələri ölkədə özünü göstərməyə başlayıb. Son illərdə yay mövsümünün başlaması ilə eyni vaxtda ölkədə genişmiqyaslı elektrik kəsintiləri baş verib.

2023 və 2024-cü illərin yayında dövlət böyük şəhərlərdə məişət elektrik enerjisini qrafik əsasında kəsib.

Sənaye sektorunda isə geniş elektrik kəsintiləri, xüsusilə kiçik emalatxanalara ağır ziyan vurub.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar