SON XƏBƏRLƏR

İranda polad istehsalının ən azı 25 faizi məhv edilib

2026.04.26, 15:45
İranda polad istehsalının ən azı 25 faizi məhv edilib

Gunaz.tv

“Etemad” qəzeti bazar günü yaydığı hesabatda yazıb ki, İsrailin ölkədə polad istehsalı zavodlarına hücumları nəticəsində İranda polad istehsal gücünün 25–30 faizi itirilib.

Qəzet qeyd edib: “İsrail və ABŞ-ın hücumlarından sonra bu [polad istehsalı] müəssisələrinə dəyən zərərin qiymətləndirilməsi göstərir ki, illik istehsal gücü təxminən 10 milyon ton azalıb.”

Hesabatda bildirilib ki, İranın polad sənayesinin illik istehsalı təxminən 32 milyon ton təşkil edir.

Aprelin ilk yarısında “Foolad-e Xuzestan” və “Foolad-e Mobarakeh” şirkətləri İsrailin hava hücumlarının hədəfi olub.

Həmin dövrdə İsrailin baş naziri Benjamin Netanyahu bildirib: “Son günlərdə hava qüvvələri İranın polad istehsal gücünün 70 faizini məhv edib.”

O əlavə edib: “Bu, həm Sepahın maliyyə resurslarını məhv edən, həm də onların bir çox silah istehsal etmək qabiliyyətini əlindən alan böyük bir nailiyyətdir.”

 

GünAzTV
R.G

 

İran polad istehsal edən ilk 10 ölkədən çıxarılıb

2026.04.24, 12:42

İran polad istehsal edən ilk 10 ölkədən çıxarılıb

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar