SON XƏBƏRLƏR

İran polad istehsal edən ilk 10 ölkədən çıxarılıb

2026.04.24, 12:42
İran polad istehsal edən ilk 10 ölkədən çıxarılıb

Dünya Polad Forumu mart ayında Yaxın Şərqdə polad istehsalında 33% azalma olduğunu bildirib.

Gunaz.tv

Hesabata görə, ötən ay Yaxın Şərqdə ümumi xam polad istehsalı 3,5 milyon ton olub. Hesabatda hər bir ölkənin polad istehsalı qeyd olunmasa da, İran dünyanın ən yaxşı 10 polad istehsal edən ölkəsi siyahısından çıxarılıb.

Keçən ilin mart ayında təkcə İran 3,3 milyon ton polad istehsal edib ki, bu da Yaxın Şərqin ümumi polad istehsalının 62%-nə bərabərdir.

Xatırladaq ki, son müharibədə İsrail İranın polad istehsalının üçdə ikisini istehsal edən Mobareke İsfahan Polad və Xuzistan Polad komplekslərini hədəfə almışdı.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar