SON XƏBƏRLƏR

Hörmüz boğazı barədə Müctəba Xamənei əmr verib - Nikzad

2026.04.27, 15:26
Hörmüz boğazı barədə Müctəba Xamənei əmr verib - Nikzad

İslam Respublikası Liderinin əmrinə əsasən, Hörmüz boğazı heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq.

Gunaz.tv

Bunu İran parlamentinin birinci sədr müavini Əli Nikzad deyib.

"Biz Hörmüz boğazını heç bir şəkildə əvvəlki vəziyyətinə qaytarmayacağıq; bu, ağanın əmridir",- o əalvə edib.

Əli Nikzad həmçinin vurğulayıb ki, bu sahədə yeni siyasətlər ən yüksək idarəetmə səviyyəsində verilən qərarlar əsasında həyata keçiriləcək.

Qeyd edək ki, Müctəba Xamənei atası Əli Xaməneinin ölümündən sonra İranın lideri elan edilsə də, indiyə qədər İran mediasında heç bir audio və ya videosu yayımlanmayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar