SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı Trampın Hörmüzdəki “Azadlıq layihəsi”ni dayandırdı

2026.05.07, 08:55
Səudiyyə Ərəbistanı Trampın Hörmüzdəki “Azadlıq layihəsi”ni dayandırdı

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, İsrail mediası Səudiyyə Ərəbistanının ABŞ-ın hava məkanı və hərbi bazalarından istifadəsinə qarşı çıxaraq Donald Trampı Hörmüz boğazındakı “Azadlıq layihəsi” əməliyyatını dayandırmağa məcbur etdiyini yazıb.

Jerusalem Post-un NBC News-a istinadən yaydığı məlumata əsasən, Səudiyyə rəsmiləri Vaşinqtona “Prince Sultan” aviabazasından və ölkənin hava məkanından Körfəzdə gəmilərin müşayiəti üçün istifadəyə icazə verməyəcəklərini bildiriblər.

Məlumatda qeyd olunur ki, Hörmüz boğazında ilişib qalan gəmilərin çıxarılması məqsədilə başladılan “Azadlıq layihəsi” Səudiyyənin dəstəyi olmadan faktiki olaraq davam etdirilə bilməzdi. Çünki ABŞ əməliyyatın hava təminatı üçün bölgədəki uçuş marşrutlarından asılıdır.

Amerikalı mənbələr bildiriblər ki, Tramp Məhəmməd bin Salmanla birbaşa əlaqə saxlayaraq Ər-Riyadı əməkdaşlığı davam etdirməyə razı salmağa çalışıb. Lakin danışıqlar nəticəsiz qalıb və ABŞ prezidenti əməliyyatı dayandırmağa məcbur olub.

Jerusalem Post yazır ki, Körfəz ölkələri ABŞ-ın əməliyyatı qəfil elan etməsindən narahat olub və İranla qarşıdurmanın genişmiqyaslı regional müharibəyə çevriləcəyindən ehtiyat edirlər.

Bununla yanaşı, səudiyyəli mənbələr Ər-Riyadın Tehran və Vaşinqton arasında diplomatik razılaşma səylərini dəstəklədiyini və bölgədə gərginliyin azalmasını istədiyini vurğulayıblar.

 

GünAzTV
R.G

 

Donald Tramp: “Azadlıq layihəsi” qısa müddətə dayandırılacaq, ancaq İranın dəniz blokadası davam edəcək

2026.05.06, 11:36

Donald Tramp: “Azadlıq layihəsi” qısa müddətə dayandırılacaq, ancaq İranın dəniz blokadası davam edəcək

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar