SON XƏBƏRLƏR

İranda müharibəyə görə həbslər davam edir

2026.05.07, 10:43
İranda müharibəyə görə həbslər davam edir

İranın Mərkəzi əyalətinin Zərəndiyyə şəhərində müharibəyə görə daha 5 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Onların "düşmən şəbəkəsi ilə əməkdaşlıq etmək və məlumat göndərmək"də ittiham olunduqları bildirilib.

"Saxlanılanlar hərbi qüvvələrin və yerlərin, yardım və xilasetmə əməliyyatlarının, nəzarət məntəqələrinin və digər dövlət qurumlarının yerləşdiyi ərazilərin şəkillərini düşmən şəbəkələrinə göndəriblər",- məlumatda qeyd olunub.

Onların kimliyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar