SON XƏBƏRLƏR

Tehran rəsmisi: İnternet əvvəlki vəziyyətinə qayıtmamalıdır

2026.05.08, 20:50
Tehran rəsmisi: İnternet əvvəlki vəziyyətinə qayıtmamalıdır

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, Tehranda “Əmr be məruf” qərargahının katibi Ruhullah Mömin-Nəsəb bildirib ki, İranda internet əvvəlki vəziyyətinə qaytarılmamalıdır.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada yazıb ki, İran silahlı qüvvələri Hörmüz boğazını, quru, hava və dəniz sərhədlərini “düşmən rejimlərin” üzünə bağladığı halda, hökumət “virtual məkanı həmin rejimlərin ixtiyarına verə bilməz”.

Mömin-Nəsəb əlavə edib: “Virtual məkan heç bir halda əvvəlki vəziyyətinə qayıtmamalıdır”, necə ki, Əli Xamenei də “əvvəlki vəziyyətinə qayıtmayacaq”.

Bu açıqlamalar İran hakimiyyətinin internet məhdudiyyətlərini qalıcı hala gətirmək niyyətində olduğu barədə narahatlıqları daha da artırıb.

Son 70 gündə davam edən internet məhdudiyyətləri səbəbilə milyonlarla insan rabitə, təhsil, bank və biznes xidmətlərində ciddi problemlərlə üzləşib.

Tənqidçilər hesab edirlər ki, Tehran hakimiyyəti informasiya axınına nəzarəti gücləndirmək və etiraz səslərinin qarşısını almaq üçün interneti daha sərt şəkildə məhdudlaşdırmağa çalışır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar