SON XƏBƏRLƏR

Körfəzdə yeni gərginlik: İran BƏƏ-ni vurdu

2026.05.10, 18:28
Körfəzdə yeni gərginlik: İran BƏƏ-ni vurdu

Körfəzdə vəziyyət yenidən alovlanır.  İranın yeni hədəfi BƏƏ oldu ama səmada PUA-larməhv edildi.

Gunaz.tv

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İrandan buraxıldığı bildirilən 2 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin yazılı bəyanatında qeyd olunub ki, sözügedən iki PUA hava müdafiə sistemləri vasitəsilə aşkarlanaraq məhv edilib.

Bəyanata əsasən, İranın hücumlarının başladığı vaxtdan indiyədək BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 551 ballistik raket, 29 qanadlı raket və 2 min 265 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Açıqlamada son saatlarda ölən və ya yaralananların olmadığı vurğulanıb.

BƏƏ Müdafiə Nazirliyi həmçinin bildirib ki, ölkənin silahlı qüvvələri milli təhlükəsizliyə qarşı istənilən təhdidə qarşı tam hazırlıq vəziyyətindədir və ölkənin suverenliyi, təhlükəsizliyi və sabitliyinin qorunması üçün bütün tədbirlər qətiyyətlə davam etdiriləcək.


GünAzTV
R.G

 

Küveytə PUA hücumu edildi

2026.05.10, 14:32

Küveytə PUA hücumu edildi

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar