SON XƏBƏRLƏR

İran təyyarələrini hansi ölkələrdə gizlədir?

2026.05.13, 21:30
İran təyyarələrini hansi ölkələrdə gizlədir?

İran niyə təyyarələrini gizli şəkildə qonşu ölkələrə köçürdü?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, CBS News amerikalı rəsmilərə istinadən xəbər verib ki, İran gərginliyin artmasından sonra ABŞ-ın mümkün hücumlarından qorunmaq üçün bəzi hərbi və mülki təyyarələrini gizli şəkildə Pakistan və Əfqanıstana köçürüb.

Məlumata görə, Tehran bir neçə hərbi təyyarəni Ravalpindi yaxınlığındakı Nur Xan hava bazasına göndərib. Lakin pakistanlı bir rəsmi bu iddianı təkzib edib.

CBS həmçinin bildirib ki, İranın bir neçə mülki təyyarəsi də Əfqanıstana köçürülüb, amma Taliban Əfqanıstanda hər hansı İran təyyarəsinin olduğunu inkar edib.

Bu hesabatda qeyd olunur ki, Tehran bu addımlarla regional gərginlik fonunda hava aktivlərini qorumağa çalışır.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar