SON XƏBƏRLƏR

Tehran ABŞ-a giriş üçün FIFA-dan yardım istəyir

2026.05.14, 23:50
Tehran ABŞ-a giriş üçün FIFA-dan yardım istəyir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, 2026 Dünya Çempionatının başlamasına az vaxt qaldığı halda, İran futbol karvanı üçün viza böhranı hələ də həll olunmayıb və Tehran artıq ABŞ-a giriş üçün FIFA-dan təminat almağa çalışır.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi vizanın siyasi təzyiq alətinə çevrilməməli olduğunu bildirərək, İran komandasının oyunçuları, məşqçi heyəti, federasiya rəsmiləri və digər üzvlərinin ABŞ-a girişinə hər hansı məhdudiyyətin FIFA qaydalarına və beynəlxalq idman prinsiplərinə zidd olacağını deyib.

O yazıb: “Viza, giriş, yerləşdirmə, gediş-gəliş, rəsmi şəxslərin iştirakı və yarışların icra şərtləri bir milli komandaya qarşı siyasi təzyiq və ya seçici davranış alətinə çevrilməməlidir.”

Eyni zamanda İran Futbol Federasiyasının prezidenti Mehdi Tac indiyədək milli komandanın heç bir üzvünə ABŞ vizasının verilmədiyini təsdiqləyib və komandanın bu ölkədə iştirakı ilə bağlı vəziyyətin qeyri-müəyyən olaraq qaldığını bildirib.

Tac milli komandanın yola salınma mərasimindən sonra deyib: “Sabah ya da birigün FIFA ilə həlledici görüşümüz olacaq. Onlar bizə təminat verməlidirlər... indiyədək heç bir viza verilməyib.”

İran Futbol Federasiyası da şənbə günü FIFA rəsmiləri ilə mühüm görüş keçirəcək. Bu görüş İran komandasının Dünya Çempionatındakı taleyini müəyyən edə bilər.

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar