SON XƏBƏRLƏR

ABŞ Tayvan məsələsinə görə Çinlə müharibə etmək istəmir

2026.05.16, 09:20
ABŞ Tayvan məsələsinə görə Çinlə müharibə etmək istəmir

ABŞ Tayvanın müstəqilliyi məsələsinə görə Çinlə müharibəyə getmək istəmir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

"Mən bunu belə deyəcəyəm: istəmirəm ki, kimsə müstəqillik elan etsin və sonra döyüşmək üçün 9500 mil yol qət etsin", - Tramp deyib.

Tramp vəziyyətin belə qalacağı təqdirdə Pekinin adaya qarşı heç bir tədbir görməyəcəyini də bildirib.

"Biz istəmirik ki, kimsə “Gəlin müstəqillik elan edək, çünki ABŞ bizi dəstəkləyəcək” desin", - Tramp əlavə edib.

Qeyd edək ki, rəsmi Pekin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ın Tayvana silah satışı ənənəvi olaraq Vaşinqton və Pekin arasındakı münasibətlərdə əsas gərginlik nöqtəsi olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar