SON XƏBƏRLƏR

Keyhan qəzeti: Xameneinin intiqamı alınmadan müharibə bitə bilməz

2026.05.16, 14:07
Keyhan qəzeti: Xameneinin intiqamı alınmadan müharibə bitə bilməz

“Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bildirib ki, keçmiş ali rəhbər Əli Xameneinin intiqamı alınmadan müharibə “bitə bilməz və bitməməlidir”.

Gunaz.tv

“Onlar Ağa (Xamenei) şəhid edilərək başladılar; biz isə intiqamsız bitirməyəcəyik” adlı məqaləsində Şəriətmədari yazıb ki, ABŞ, İsrail və bir sıra regional ölkələr İrana qarşı müharibədə birbaşa iştirak ediblər.

Şəriətmədari yazıb ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benjamin Netanyahu, onların köməkçiləri və müharibədə iştirak edən pilotların “məhv edilməsi” İranın “intiqam formulu” hesab edilməlidir.

O həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İordaniya və Bəhreynin də hədəflər siyahısında olduğunu bildirib və onları İrana qarşı hücumlarda birbaşa iştirakda ittiham edib.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar