SON XƏBƏRLƏR

NATO Türkiyədə müdafiəni gücləndirir

2026.05.21, 17:37
NATO Türkiyədə müdafiəni gücləndirir

Almaniya Türkiyədə Patriot raketdən müdafiə sistemi yerləşdirir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Almaniya iyun ayından etibarən NATO avadanlıqlarını əvəz etmək məqsədilə altı aylıq müddətə Türkiyə ərazisində Patriot raketdən müdafiə sistemi yerləşdirəcək.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qərar ABŞ, İsrail və İran arasında son hərbi gərginliyin artdığı bir dövrdə qəbul edilib. Ankara rəsmilərinin bildirdiyinə görə, bu addım NATO-nun bölgədə təhlükəsizlik tədbirləri çərçivəsində atılır.

Məlumata əsasən, Türkiyənin cənub-şərqində yerləşdirilmiş NATO hava hücumundan müdafiə sistemləri son qarşıdurmalar zamanı İrandan atıldığı bildirilən dörd ballistik raketi zərərsizləşdirib.

Alman sisteminin yerləşdirilməsi prosesinin iyunun sonuna qədər tamamlanacağı və Türkiyənin cənub sərhədlərində mümkün raket təhdidlərinə qarşı müdafiə qabiliyyətini gücləndirəcəyi bildirilib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar