SON XƏBƏRLƏR

Qətər heyəti qəfil İranı tərk etdi

2026.05.23, 15:01
Qətər heyəti qəfil İranı tərk etdi

Qətər heyəti niyə qəfil getdi? İranın hava məkanı bağlandı, heyət çıxdı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, bölgədə təhlükəsizlik həssaslığının artdığı bir vaxtda, Qətər heyətinin İranı gözlənilmədən tərk etdiyi bildirilir. Daha əvvəl bu heyətin ən azı bazar gününə qədər Tehranda qalacağı gözlənilirdi.

Yayılan məlumatlara əsasən, heyət ötən gecə təcili göstəriş aldıqdan sonra İranı tərk edib. Bu addım İranın ölkənin qərb hissəsində hava məkanını bazar ertəsi səhərə qədər bağlamaq qərarı ilə eyni vaxta təsadüf edib və pərdəarxası hadisələrlə bağlı ehtimalları artırıb.

İran yaydığı bildirişdə ölkənin qərb hissəsində hava məkanında uçuşların bazar ertəsi səhərə qədər qadağan edildiyini açıqlayıb. Mövcud şəraitdə bu qərar bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı daha çox sual doğurub.

Reuters agentliyinə danışan bir mənbə bir gün əvvəl bildirmişdi ki, Qətər ABŞ ilə koordinasiya şəraitində razılaşmanın əldə olunmasına yardım etmək üçün Tehrana danışıqlar heyəti göndərib.

Heyətin vaxtından əvvəl İranı tərk etməsinin səbəbi və verilən təcili göstərişin mahiyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar