SON XƏBƏRLƏR

Güney Azərbaycanlı Qulamrza Xanı Şəkərab oğurlanaraq İrana aparılıb

2026.05.26, 12:26
Güney Azərbaycanlı Qulamrza Xanı Şəkərab oğurlanaraq İrana aparılıb

SEPAH-a bağlı Fars agentliyi etiraf edib ki, İran məhkəmə sistemi tərəfindən “casusluq”da ittiham olunan və edam təhlükəsi ilə üzləşən Ərdəbilli azərbaycan türkü vətəndaşı Qulamrza Xanı Şəkərab xarici ölkədə oğurlanaraq İrana gətirilib.

Gunaz.tv

Fars agentliyi yazıb ki, “casusluq”da ittiham olunan siyasi məhbus “xarici ölkədə idi və mürəkkəb əməliyyat zamanı informasiya aldatması üsulundan istifadə edilərək qəfil yaxalanıb və ölkə daxilinə gətirilib.”

Agentlik bu şəxsin oğurlandığı yer və vaxt barədə dəqiq məlumat verməyib. Lakin insan haqları mənbələrinin yazdığına görə, vətəndaş 24 sentyabr 2025-ci il tarixində saxlanılıb.

34 yaşlı Qulamrza Xanı Şəkərab Ərdəbil şəhərindəndir. O, MMA idman növü üzrə keçmiş çempion, məşqçi və beynəlxalq hakimdir. O, həbs olunmazdan əvvəl Türkiyədə yaşayırdı və yaxınlarından birinin xahişi ilə ziyarət məqsədilə İraqa səfər etmişdi. Qulamrza bəy orada İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq İrana aparılıb.

Qulamrza  Xanı Şəkərab tamamilə qeyri-şəffaf məhkəmə prosesi nəticəsində hakim Əbülqasım Salavati tərəfindən Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində “casusluq və düşmən dövlətlə (İsrail) əməkdaşlıq” ittihamı ilə edama məhkum edilib.

Məlumatlı bir mənbə insan haqları mənbələrinə bildirib ki: “Qulamrza Xani bütün istintaq və dindirmə prosesi boyunca seçdiyi vəkilə çıxış hüququndan məhrum edilib və onun məhkəməsi yalnız təzyiq altında alınmış məcburi etiraflar əsasında keçirilib.”

 

Ş.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar